Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə telefon danışığı aparıb.
Tərəflər Pakistan-Əfqanıstan münasibətlərindəki gərginliklə bağlı narahatlığını ifadə edib, sülh və sabitliyin qorunması üçün regional əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Bundan başqa, Qəzza zolağında son hadisələr və BMT Təhlükəsizlik Şurasında ABŞ-nin son qətnamə layihəsi müzakirə edilib, Fələstin xalqının qanuni hüquqlarının qorunması üçün davamlı olaraq məsləhətləşmələrin aparılmasının zəruriliyi diqqətə çatdırılıb.