Əsas məzmuna keç

Tehranda İran-HƏMAS görüşü keçirilib

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda səfərdə olan HƏMAS-ın Siyasi Bürosunun üzvü Basem Nəimlə görüşüb və tərəflər Fələstindəki son hadisələri müzakirə ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə A. Əraqçi “Telegram” kanalında məlumat yayıb.

HƏMAS-ın siyasi bürosunun üzvü Fələstindəki son hadisələr və İsrailin Qəzza zolağında, İordan çayının Qərb sahilində atdığı addımlar barədə Əraqçini məlumatlandırıb:

“İsrailin Baş naziri (Benyamin Netanyahu-red.) müharibəni davam etdirib Qəzza zolağına humanitar yardımların qarşısının almaq niyyətindədir. Məqsəd fələstinliləri məcburi köçkünə çevirməkdir”.

İranın XİN başçısı Tehranın Fələstini dəstəklədiyini və paytaxtı Şərqi Qüds olan dövlətin yaranması üçün səy göstərəcəklərini vurğulayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…