Əsas məzmuna keç

Tehrandan beynəlxalq uçuşlar bərpa olunur

İran uzun fasilədən sonra beynəlxalq uçuşları bərpa edir. İlk uçuşlar İstanbul, Mədinə və Məskət şəhərlərinə olacaq.

Tezadlar.az bildirir ki, Tehran Beynəlxalq İmam Xomeyni Hava Limanından verilən açıqlama İranın yarı-rəsmi “Tasnim” Xəbər Agentliyi tərəfindən dərc edilib.

Açıqlamaya görə, İstanbul, Mədinə və Məsqət şəhərlərinə beynəlxalq uçuşlar bu gün bərpa olunacaq.

Uçuş cədvəli İran Mülki Aviasiya Təşkilatından lazımi icazələr alındıqdan sonra yenilənəcək.

İran hava limanları 28 fevralda ABŞ və İsrailin hücumlarından sonra başlayan müharibədən sonra bağlanmışdı.

Bu dövrdə hava limanları da hədəfə alınmışdı və 40 günlük döyüşdən sonra yenidən açılma qərarı verilmişdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…