İranda İnqilab Keşikçiləri paytaxt Tehranın Azadi Meydanında könüllülərə hərbi təlim keçib. ABŞ və İsrail ilə davam edən münaqişənin kölgəsində keçirilən təlimdə qadınlar iştirak edib. Könüllülər meydanda qurulmuş maneə zolağında sıçrayış və odlu silahlardan istifadə etməyi məşq ediblər.
İranın paytaxtı Tehranın Azadi Meydanında hərbi təlim sahəsi yaradılıb.
Tezadlar.az xəbər verir ki, İran İnqilab Keşikçiləri tərəfindən təşkil edilən könüllü kursunda qadınlar da iştirak ediblər.
Könüllülər meydanda düzülüblər. Təlimin bir hissəsi zamanı kamerada qadınların əllərində tüfəng tutduqları görülüb. Düşərgə “vətən uğrunda fədakarlıq” anlayışına istinad edən “Can-Feda” (Vətən üçün fədakarlıq) adlandırılıb.
İştirakçılar meydandakı maneə zolağından sıçrayışla keçiblər.
Daha sonra onlar polad kabellərdən istifadə edərək meydanın üzərindən keçiblər.
Maneə zolağından əlavə, qadınların odlu silahlardan istifadə etməsi də lentə alınıb.
ELBAR







