Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xaricdən tələbə köçürülməsi ilə bağlı qərarları, xüsusilə Türkiyə nümunəsində verilən imtina cavabları açıq şəkildə qanunvericilik aktlarına ziddir.
TEZADLAR.AZ xəbər verir ki, tanınmış təhsil eksperti Kamran Əsədov bu fikirdədir.

Ekspertin sözlərinə görə, bu qərarları hazırlayanlar qanunlardan xəbərsizdirlər və bu sahədə naşıdırlar.
SİTAT:“Hiss olunur ki, bu qərarları hazırlayanlar ilk dəfə qanun əlinə alıb təsadüfən oxuyublar, onda da səhv başa düşüblər. Ali təhsilin keyfiyyətindən danışmaq əvəzinə, kredit sistemi haqqında elə nağıl danışıblar ki, sanki auditoriyada yox, cizgi filmində baş verir. Bu yanaşma nə hüquqa sığır, nə də tələbələrin təhsil hüququna hörmət edir. Təhsili bürokratik eksperimentə çevirmək olmaz”, – deyə təhsil eksperti vurğulayıb.
JASMİN