Əsas məzmuna keç

Təl-Əviv-ə uçan sərnişin təyyarəsində baş verənlərin videogörüntüləri yayımlandı – VİDEO

“Flydubai”  aviaşirkətinə məxsus təyyarədə baş verən hadisədən sonra yaralanan pilotlar xəstəxanaya yerləşdiriliblər

Xəbər verdiyimiz kimi, 30 sentyabr səhəri Səudiyyə Ərəbistanında təcili eniş edən “Flydubai Dubai- Təl-Əviv” reysinin hər iki pilotu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Bu barədə Tabuk Hava Limanının rəsmiləri məlumat verib.

İlkin məlumatlara görə, uçuş zamanı pilotların kabinəsində mübahisə yaranıb. Pilotlardan biri bıçaq yaraları alıb. Sərnişinlər bildiriblər ki, hücum barədə məlumat yayıldıqdan sonra bir neçə nəfər kabinəyə gedərək hücumçunu sakitləşdirməyə kömək edib.

İsrail mediası yaralanan pilotun və digər ekipaj üzvünün videosunu yayımlayıb, onun əl-qolunun bağlı olduğu iddia edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…