18 May 2026 / 13:33

Təl-Əvivdə ajiotaj yaradan iddialar: Tramp və Netanyahu arasında çirkli saziş!

İsrail siyasəti müxalifətdən gələn çox ciddi bir “gizli bir razılaşma” iddiası ilə sarsılır. Keçmiş İsrail müdafiə naziri Liberman iddia edir ki, Baş nazir Netanyahu öz siyasi və hüquqi gələcəyini xilas etmək üçün ABŞ prezidenti Trampla gizli bir saziş bağlayıb.

Tezadlar.az xəbər verir ki, keçmiş nazir bu razılaşmanın İsraili “banan respublikasına” çevirəcəyini söyləyib.

İSRAİL VƏ ABŞ ARASINDA NƏ BAŞ VERİR?

İsrail müxalifətindən Baş nazir Benyamin Netanyahuya qarşı yeni tənqidlər ortaya çıxıb. Əvvəllər xarici işlər naziri, müdafiə naziri və baş nazirin müavini vəzifələrində çalışmış Aviqdor Liberman sərt danışıb.

Ağ Evdə çirkli saziş

Liberman iddia edir ki, Netanyahu daxili məhkəmə proseslərindən və Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarından yayınmaq üçün Ağ Evlə çirkli bir saziş bağlayıb.

“NETANYAHU İSRAİLİ BANAN RESPUBLİKASINA ÇEVİRDİ”

İsraildə 103 FM radiosuna danışan Liberman bu razılaşmanın İsraili “banan respublikasına” çevirdiyini iddia edib. Netanyahunun Qəzzada törədilən müharibə cinayətlərinə görə 2024-cü ildən bəri Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs orderinə sahib olduğu bildirilir. Müxalifətin sözlərinə görə, Netanyahu bu orderin icra edilməməsi müqabilində İsrailin suverenliyini Tramp administrasiyasına təslim edib.

Müxalifət tərəfindən təhlükəsizlik narahatlıqları

Müxalifət lideri Yair Lapid də Netanyahunu 2025-ci ilin oktyabrında “İsraili təhlükəsizliklə bağlı xarici təklifləri qəbul edən protektorat strukturuna çevirməkdə” günahlandırıb.

“QANUNİ TƏZYİQDƏN QAÇMAQ ÜÇÜN ABŞ-DAN ASILI”

“Evimiz İsrail” Partiyasının lideri Liberman yalnız gizli diplomatiyadan daha çox şey hədəfə alıb. Hökumətin hərbi strategiyasını tənqid edən Liberman İsrailin bir müharibədən digərinə sürükləndiyini söyləyib.

“İsrail bir müharibədən digərinə keçir, lakin real bir həll yoluna çatmır. Nəticəyə gətirib çıxarmayan heç bir addım heç nəyə dəyməz”, – deyə o bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!