Əsas məzmuna keç

Təl-Əvivdə elektrik stansiyası dron hücumuna məruz qaldı – Husilər açıqladı

Husilər İsraildə dörd obyektə – Baş Qərargah binası, Ben Qurion hava limanı, Aşdod dəniz limanı və Təl-Əvivdəki elektrik stansiyasına pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

“Tezadlar” xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya “Al Masirah” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, hücumlar uğurla nəticələnib.

Bundan əlavə, husilər iki pilotsuz uçuş aparatı və bir qanadlı raketdən istifadə edərək Qırmızı dənizdə “MSC Aby” gəmisinə hücum edərək raket qüvvələri və pilotsuz sistem qüvvələrinin birgə əməliyyatını həyata keçirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…