Əsas məzmuna keç

Təl-Əvivdə partlayış səsləri eşidilib

Təl-Əvivdə partlayış səsləri eşidilir, İsrailin müxtəlif yerlərində hava hücumu sirenləri səslənir.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

İranın raket hücumu fonunda ölkənin hava hücumundan müdafiə sistemləri aktiv şəkildə fəaliyyət göstərir.

İsrail Müdafiə Qüvvələri (İMQ) sakinlərə növbəti bildirişə qədər sığınacaqlarda qalmalarını xahiş edən mesajlar göndərib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri İranın qərbindəki hərbi obyektlərə bir sıra yeni irimiqyaslı zərbələr endirib. İsrail silahlı qüvvələrinin məlumatına görə, “yer-yer” tipli raketlərin və buraxılış qurğularının saxlanması üçün onlarla infrastruktur obyekti məhv edilib, həmçinin “yer-hava” tipli raketlərin buraxılış qurğularına və pilotsuz uçuş aparatlarının saxlandığı yerlərə zərbələr endirilib.

E.ŞİRİNOV  

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…