Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Yanvar 2026 / 20:58

Tennessi kollecinin oyunçusu Andre Bell qətlə yetirildi

ABŞ-nin Tennessi ştatındakı kollecin basketbol komandasının üzvü, 20 yaşlı Andre Bell avtomobildə güllələnərək öldürülüb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Fox” telekanalı məlumat yayıb.

Andre Bell iki dostu ilə birlikdə avtomagistralla hərəkət edirmiş. Naməlum şəraitdə başından güllə yarası alan idmançı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Baş məşqçi Ceremaya Kratçer bildirib ki, Andre Bell rəhbərlik etdiyi komandanın aparıcı oyunçularından biri olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!