19 Dekabr 2025 / 17:34

“Təzadlar”ın 2 əməkdaşı “Milli Mətbuat-150” medalı ilə təltif edildi-FOTO

Cənab Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilmiş “Azərbaycan Milli Mətbuatının 150 illiyi(1875-2025) Xatirə medalı ilə 33 ildir nəşr olunan “Təzadlar” qəzetinin iki əməkdaşı təltif edildi. Qəzetin Baş redaktoru Asif Mərzili özünün sosial media platformasında  bu barədə paylaşım edib. Sitat: “Bu, keçdiyimiz jurnalistika yolunda ölkə rəhbərliyi tərəfindən yaradıcılığımıza verilən böyük dəyərin ifadəsidir! Media Agentliyinin rəhbərliyinə təşəkkür borcumuzu çatdırıram. Bu təltifin mahiyyət və fəlsəfəsində qəzetin 33 illik fəaliyyətində gerçəkdən böyük zəhməti, çalışqanlığı, bəzən əsəb gərginliyi, amma sonda səbr və təmkini olmuş çoxsaylı əməkdaşlarımızın adı və qələm-yaradıcılıq izi var: bu sırada daim dəyərli məsləhətlərini bizdən əsirgəməyən tanınmış hüquqşünas, Baş ədliyyə müşaviri Adil Minbaşının, hazırda redaksiyada çalışan- Elbar Şirinovun, Yasəmən Məmmədlinin(JASMİN), Elçin Məmmədlinin, Elşad Fərmanoğlunun, İsveçrə təmsilçimiz İlham Rəsulun, İtaliya təmsilçimiz Nərmin Mənsimlinin, Türkiyə yazarımız Sevdanın, vaxtilə bu qəzetfə çalışmış, hazırda Türkiyə Radiosunun Azərbaycan Departamentinin rəhbəri Sevda Mirzənin, Elman Eldaroğlunun, qəzetin uzun illər texniki redaktoru olmuş Yusif Yaqublunun, yazarlar- Şakir Qurbanovun, Nizami Məmmədovun, Sultan Laçının, mərhum Ədalət bəyin, Səxavət Məmmədovun… inanılmaz zəhməti və əməyi var! Bu medal onu alanların yox, bütünlüklə kollektivin adına və əməyinə verilən dəyərdir! Oxucularımıza təşəkkürlər, onların sayəsində 33 ildir yol gəlirik və gedirik…”.

Elşad Fərmanoğlu 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!