12 Yanvar 2026 / 18:21

“Təzadlar”ın əməkdaşı “Uğurlarımızla 2026-ya” Mükafatına layiq görüldü

Azərbaycan mədəniyyətinin inkişafına və yaradıcı gənclərin dəstəyinə həsr olunmuş “Uğurlarımızla 2026-ya” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbir Beynəlxalq Qalereya və “Abşeron Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin birgə təşkilatçılığı və Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının dəstəyi ilə baş tutub. Mərasimdə 2025-ci il ərzində yüksək yaradıcılıq nailiyyətləri ilə seçilən istedadlı rəssamlar, mədəniyyət sahəsində fərqlənən şəxslər və mədəni irsin təbliğində fəal iştirak edən media nümayəndələri təltif olunub. Tədbir, həmçinin gənc istedadların tanıdılması və onların gələcək fəaliyyətlərinə stimul verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında ölkə rəhbərliyinin gənclərə və mədəniyyətə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.
Daha ətraflı yazı tezadlar.az saytında və qəzetdə dərc olunacaq.
Xatırladırıq ki, “Təzadlar”ın şöbə redaktoru, ötən il MEDİA-nın yazı müsabiqəsinin qalibi olmuş Yasəmən Məmmədli də “Uğurlarımızla 2026-ya” Milli Mükafatına layiq görülüb.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!