“Təzadlar”ın “Torqovıy” yazısına reaksiya gəldi: oturacaqlar ikiqat qoyuldu- FOTO

Oxunma sayı: 588

Tezadlar.az- ın dünənki buraxılışında Bakı şəhər sakini, 85 yaşlı Rəhim Tağızadənin belə bir şikayətinə toxunmuşduq: “…Evimə yaxın olduğundan hərdən Bulvara və ya Fəvvarələr bağı kimi tanınan əraziyə çıxmaq istəyirəm, yolum “Torqovı”dan keçir. Bu gün baxıram ki, bu küçədə qoyulmuş oturacaqları kimlərsə münasib bilməyib və yığışdırıb. Axı bu tapşırığı verən başa düşməlidir ki, küçədən keçən insan ahıl, xəstə və körpə uşaqlı ola bilər, yorulanda əyləşib dincəlmək lazım gəlir. İndi bu boyda gəzintili bir meydanda oturmağa bir oturacaq yoxdur… Bu məsələni ictimailəşdirin, bəlkə yatmış vicdanlar oyandı…”.

Rəhim babaya təşəkkür və muştuluq var: bu gün tədbir görüldü və adı çəkilən küçədə və Fəvvarələr meydanında götürülmüş oturacaqlar nəinki yerinə qaytarıldı, həm də ikiqat artıqlaması ilə. Odur ki, Rəhim babanın adından onun gileyini eşidib dərhal tədbir görən qurum rəhbərlərinə təşəkkürümüzü çatdırırıq…

A.Məmmədli

Xəbəri paylaş