15 Noyabr 2022 / 13:26

TİK-TOK-DA MEYXANAÇININ ADINDAN PUL YIĞAN KİMDİR?

Həbsxanada olan meyxanaçı Rəşad Dağlının (Əmirov) adından TikTok-da saxta profil açılaraq pul yığılmasına başlanılıb.

“Xəzərxəbər”İn məlumatına görə, məsələ ilə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, bununla bağlı artıq araşdırma başlanılıb.

Qeyd edək ki, tanınmış meyxanaçı Rəşad Dağlı qonşusu İskəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilir.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

TEZADLAR.AZ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!