Ukraynanın “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko məhkəmə qərarı çıxarılana qədər hesablarının dondurulduğunu bildirib.
“Sürreal nədir? Bu, açıq-aşkar saxtalaşdırılmış siyasi işdə girov pulu ödəməyi planlaşdırdığınız, amma edə bilmədiyiniz zamandır. Çünki hesablarınız məhkəmənin qərarından əvvəl belə dondurulur”, – Tezadlar.az xəbər verir ki, o, Facebook-da yazıb.
“Bu, beynəlxalq fırıldaqçıların antikorrupsiya ədalətidir. Siz sadəlövh insanlar, yəqin ki, belə ibtidai addımların məni qaçmağa və ya mübarizədən əl çəkməyə məcbur edəcəyini düşünürsünüz. Siz çox yanılırsınız”, – deyə Timoşenko əlavə edib.
Prokurorlar məhkəmədən Timoşenkoya girov məbləğinin 1,1 milyon dollar müəyyən edilməsini istəyəcəklər. Onun məhkəməyəqədər həbs müddətini müəyyən etmək üçün dinləmə bu gün – 16 yanvar səhəri keçiriləcək.
E.ŞİRİNOV







