Əsas məzmuna keç

Tokayev Ukraynadakı səfirini işdən azad etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın Ukraynadakı səfiri Darxan Kaletayevin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Tezadlar.az bildirir ki, bu barədə respublika başçısının rəsmi saytında məlumat verilib.

“Dövlət başçısının sərəncamı ilə Kaletayev Darxan Amanoviç Qazaxıstan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib”, – sayt xəbər verir.

Kaletayev bu vəzifəni 2020-ci ilin fevralından tutur.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…