Əsas məzmuna keç

Tokio Yaponiyanın Fələstini tanımasını zaman məsələsi adlandırır

Yaponiyanın Fələstin dövlətçiliyini tanıması zaman məsələsidir.

Tezadlar.az xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Takeşi İvaya Fələstin-İsrail münaqişəsinin həllinə dair yüksək səviyyəli beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Ölkəm üçün Fələstinin tanınması “əgər” məsələsi deyil, “nə zaman” məsələsidir”, – deyə o, Yaponiyanın hər zaman ikitərəfli dövlət həllinin tərəfdarı olduğunu xatırladıb.

Yaponiyanın xarici işlər naziri İsrailin Qəzza zolağında “birtərəfli hərəkətlərini” pisləyib, eyni zamanda Fələstinin radikal HƏMAS hərəkatını tənqid edərək, bütün girovların dərhal azad edilməsini tələb edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…