Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Avqust 2024 / 14:17

TOPDANSATIŞ BAZARLARINDA MÜƏYYƏN EDİLƏN 100 QANUNSUZ MİQRANT MƏSULİYYƏTƏ CƏLB EDİLDİ

Sankt-Peterburqda hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərin topdansatış bazarlarında miqrasiya qanunvericiliyini yoxlamaq üçün genişmiqyaslı reyd keçirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Tədbirdə patrul, miqrasiya, kinoloji xidmətlər, yol polisi və əməliyyat bölmələrinin 250 əməkdaşı iştirak edib.

Ümumilikdə hüquq-mühafizə orqanlarının əməkdaşları əksəriyyəti miqrant olmaqla 2075 vətəndaşı yoxlayıb. Reyd Rusiyada qeyri-qanuni olan 100 əcnəbini müəyyən etməyə kömək edib. Onlar inzibati məsuliyyətə cəlb edilərək növbəti işlərin görülməsi üçün polis şöbələrinə aparılıblar.

Hesabatda belə yoxlamalar mütəmadi olaraq aparılacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!