Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Biz dünyanın gəlişmiş xalqlarından niyə geri qalırıq, səbəb nədir? Səbəb-düşüncəmizin geriçi olmasıdır. Düşüncəmiz niyə geridir? Çünki düşüncəmizi körpəlikdən ta bu günəcən- VII əsrdən savadsız ərəblərin təsirinə düşmüşük.
Dünya xalqlarının öncülləri artıq 236 ildir ki, uydurma Xristian Dini qaydalarıyla yox, gəlişmiş dünyəvi qanunlar əsasında yaşayırlar, uğurları da göz qabağındadır. VII əsrdə aramsız davam edən ərəb işğalları-Qaba Gücü sonucunda 199 il Ərəb İslam Dini-Yumçaq Gücü qaydalarına ardıcıl zorlanan türklər isə çoxlu cəhdlərə baxmayaraq, gömüldükləri bu geriçi, cahil islam düşüncəsindən sonadək qurtula bilməmişlər…
***
Türklər ərəb işğallarına qədər panteist tək Tanrıçı inancında olsalar da öz birliklərini, dövlətlərini özəl dünyəvi gələnəkdən qaynaqlanan düşüncəyə əsaslanan 33 bəndlik Törə-Anayasa-Əsas Qanun-Konstitusiya əsasında idarə etmişlər. Türklər bu Törə əsasında “25 min illik dövlətçilik tarixlərində 25 İmperiya, 152 Dövlət, 9 Mixtar Respublika, 5 Muxtar Vilayət yaratmışlar.” (f.d.Aydın Qasımlı). Türklərin Tanrıçı inancı öz aydınları-Şamanlarla ötürülən, Türk ulusunun ilk birlik qurumu, sosial özəyi olan Ailəyə, Dövlətə, dövlətin ideoloji əsası olan Dövlətçilik düşüncəsinə, Ulusun zamana uyğun yaşamına xidmət etmişdir. Yoxsa, ərəblər kimi İslam dini funksionerlərinin fəaliyyət şəbəkəsi kimi formalaşmamışdır.
Ərəblərdə inanc – özlərinin icad etdiyi simvolik, panteist bütlərə, VII əsrdən isə zorakı Ərəb İslam dini uydurmasına olmuşdur. Ərəb Xilafətində inanc – İslama xidmət etmək adı altında başqa inancda olanların malını yağmalamağı, onları öldürməyi, kölə etməyi, əsarətini, cariyə qadınları zorlamağı halal sayılmışdır. Göründüyü kimi, ərəblər İslamı hakimiyyətə gedən yolda idarə üsulu, alət kimi kullanmışlar, indi də kullanırlar. Ona görə də din rəhbərləri başda olmaqla İslamla zorla düşüncəsi qandallananların hamısı tabeçilikdə olanlara, kasıblara əslində olmayan “O dünya keflərini” nisyə vəd edib şirnikləndirməklə aldatsalar da, özləri real yaşamlarında nağdı keflərindən qalmamışlar, elə indi də qalmırlar…
***
Ərəb işğalçıları türkləri ərəb ümmətçiliyində asan əridə bilmək, ərəbləşdirmək üçün Türkün və başqa xalqların bütün ələ keçən gələnəklərini, mədəni irsini-Yumşaq Gücünü məhv etməyə çalışmış, ərəbləşdirmişlər. Ərəb işğalınadək türk toplumunun yaşam əsası kimi qüvvədə olan Türk Törəsini oxuduqca heyran olmaya bilmirsən, sanki 1948-ci aralıq-dekabr ayının 10-da BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş, 30 maddəlik, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, VIII əsrdəki təbii seçmə əsasında formalaşmış Türk Ulu Babası, daha arı-saf təməl prinsipləri ilə tanış olursan, sadəcə sonuncu, kapitalizmin sosial münasibətləri çərçivəsində olan insan hüquqlarını qoruyur.
Əziz oxucu, indi mən səni çox qısa şərhlərlə bu Törə ilə tanış edəcəm, oxu və düşün, mötərizələrdəkilər şərhçinindir.
Beləliklə, Beləliklə, FB-də 27.02.2024, yaydı dostum Rovshan Kebirli, Erdal Çakmakci-“Türk atalarımız taşa kazıyıp yazmışlar” Bilge Kağan Yasası: En eski Türk Anayasası “Töre”: -“Türk atalarımız taşa kazıyıp yazmışlar” -Bilge Kağan Yasası: En eski Türk Anayasası “Töre”:
22.Gereksiz yere ağaç kesmeyeceksin, suyu kirletmeyeceksin.(Canlıların, həyatımızın əsasını-Ekoloji tarazlığı qoruma prinsipi)
(#BilgeKağanYazıtı – 730.#OrhunIrmağı yakınları, #Ötügen-#Moğolistan) “Daha (hələ) İslamiyet Türk toplumuna gelmeden Türk’ün tek tanrı inancı ve töresi…”. “Bu Yazıt, Bilge Kağanın ölümünden (734) bir yıl sonra (735), kendi oğlu olan Tenqri Kağan tarafından diktirilmişdir. Bu yazıtta da konuşan, Kül Tigin yazıtında olduğu gibi Bilge Kağandır. Moğolustanda Orhon irmağı yakınlarında bulunmakdadır. Bilge Kağan Yazıtı ile Kül Tigin Yazıtı arasındakı uzaklık bir kilometredir. Göktürk yazısı ile yazılmıştır. Bazı bölümleri Kül Tigin Yazıtından aktarılmıştır. Ondan farklı olarak Kül Tiginin ölümünden sonrakı olayları da anlatmıştır. Kül Tiginin kitabelerinin çevresinde Bilge Kağanın mezarının etrafında da balballar vardır. Bunları Yolluq Tigin yazmıştır. Bilge Kağan Yazıtının yüksekligi 3.80 metrdir. Bilge Kağan Yazıtının kopyası Türkiye Gazi Universitesindedir.”(Vikipedya).

Türk Törəsinin inanc tərəfi keçilən bir düşüncə, siyasi nəzəriyyə tarixidir, dünyəvi tərəfi isə, uydurma olmadığından gərəklidir, bu gün də yaşadılmalıdır, çünki çağımızla uzlaşır. Göründüyü kimi, Türk Törəsi 1295 il qabaq yazılmasına baxmayaraq azca fərqlə bu gün də sosial dəyərini saxlayır və anlaşılandır. Sevindirici haldır ki, bu abidələrin olduğu yerlərə ərəb işğalçılarının əli çatmamışdır. İndi görün ərəblər işğal etdikləri yerlərdə nə qədər maddi və mədəniyyət abidələrimizi məhv etmişlər…
***
Tenqri-qədim türklərdə məna yüküycə bütün canlılara həyat verən enerji, qüdrət, güc anlamındadır. Tenqri-dünyəvi düşüncəyə, yəni varlığın fiziki çəkmə və itələmə xassəsinə, xarakterinə, maqnit qüvvəsinə, qravitasiya, əksliklərin vəhdəti, başqa sözlə, varlığı oluşdurma şərtlərinə çox yaxın anlamdadır. Bu baxımdan Tenqri-dinlərin uydurduğu, əslində olmayan Budda, İsanın Allahın oğlu olması, Allah (Ay Tanrısı Əl-İlah) və sair cəfəngiyyatlardan uzaq, reallığa yaxın olduğu qədər fərqli anlamdadır.
Tenqri-tenqriçilik-panteist, yəni doğaya, təbiətə münasibətdən irəli gələn, güman edilən düşüncədir.
Tenqri-tenqriçilik-panteist düşüncə, Homo Sapiens adlı canlı-insan növünün yaranışından, onun dış, xarici qüvvələr qarşısında gücsüzlüyündən irəli gələn ziyançəkmə, qorxu faktorundan qurtulmaq ümidi və yaşamaq istəyindən doğur, oluşur. Bəzi panteist düşüncə – doğanın güman edilən ziyanından, təhlükəsindən “qorunmaq”, onları özünə qarşı “zərərsiz etmək”, “neytrallaşdırmaq” üçün nəinki heyvanları, hətta insanları qurban-“rüşvət” verir, özlərinin uydurduqları ayinləri icra etməklə özlərinə arxayınlıq imitasiya edir, özlərini toxtatmağa çalışırlar. Ancaq Tenqriçilikdə qurbanvermə ayinləri məlum deyil.
Tenqri-tenqriçilik-başqa sözlə, açunun-dünyanın materialist düşüncə əsasında qavranmasının, öyrənilməsinin yanlış da olsa ən ilkin, ibtidai formasıdır desək, yəqin səhv etmərik. Bu baxış içərikcə, yəni mahiyyətcə bilgi verə bilməsə də real görünəndən, faktlardan, təcrübədən irəli gələnləri yanaşı, düzərkən fərqləri görməklə, gücsüzlükdən, əlacsızlıqdan, çıxılmazlıqdan çıxış yolunu– fikrən təbiət qüvvələrinə tapınmada görür, qəbul edir. Bu panteist baxışında qəsdən uydurma, yalan yoxdur, qorxudan, əlacsızlıqdan tapınma, səmimi-vicdanlı yanılma, güman var, yəni qavramda adamın ağlı bundan artığını kəsmir… Ona görə də bu baxış sonuc etibarilə yanlış olsa da, lakin keçilən düşüncə sürəci, prosesi, yolu səmimi, vicdanlı yanılma olduğundan bilimə, elmi düşüncəyə gedən dünyəvi yolun ilkin aşaması, mərhələsi kimi qiymətləndirilə bilər. Başqa sözlə, adam “bilmir ki, bilmir, (elə bilir ki, bilir…X.Ə.)”(Nəsrəddin Tusi,1201-1274).
Dövləti olmayan bu günkü qəbilələrin, tayfaların, xalqların təsirli, dağıdıcı təbiət qüvvələrinə münasibəti, düşüncəsi də eynən buna oxşar səviyyədədir. Bu olay, məsələ “Siyasi nəzəriyyələr tarixi” fənnində daha ətraflı öyrədilir.

Dinlərdə isə bunun əksidir. Çünki dinlərdə iddialarına məntiqi sübut gətirilmədən, bilərəkdən, qəsdən yalan uydurulur, yalan danışılır, uyğun faktlar saxtalaşdırılır, öz dələduzluq marağına, niyyətinə uyğun təhrif edilir. Dinlər – uydurulduqları vaxtdan aldatdığı başqaları üzərində üstünlük əldə etmə xarakterli vasitədir, maşadır. Dinlər, ona uyanların, aldananların hesabına parazitcəsinə maddi və mənəvi gəlir əldə edən dələduzların şəbəkələnmiş, kriminal birliyidir.
Topluma xeyirliliyi, faydalı iş əmsallığı baxımından Tenqriçilik- dinlərlə müqaisədə daha az ziyanlıdır. Məsələn, Tenqriçiliyə dinlərdəki kimi kriminal birlik demək olmaz, çünki onun daşıyıcıları, funksionerləri sayılan şamanlar (təkcə Türküstanda 12 min tenqriçi-şamanı ərəb Küteybə öldürmüşdür), baxış sistemi-tenqriçilik-şamanizm başqasının hesabına yaşayan parazitlər kimi təşkilatlanaraq dələduzluq şəbəkəsinə, mütəşəkkil kriminal dəstəyə, kriminal dövlətə, kriminal imperiyaya çevrilməmişdir. Əksinə, bunlar xüsusi qabiliyyətli bireylər-fərdlər-şəxslər şəklində, ayrılıqda fəaliyyət göstərmiş, Türk ağıl böyüklərimizin davamçıları, təbliğatçıları kimi soyun, tayfanın, xalqın, dövlətin birlik İdeologiyasını, Törəsini yaratmış, formalaşdırmış, qorumuş, yaymaqla yaşatmışlar. Məsələn, Törədə, Tenqriçilikdə başqa dinlərdə, xüsusilə də Ərəbin İslam Dinində olduğu kimi – fərqli inancda olanları öldürmək, yandırmaq, işgəncə vermək, kütləvi qırmaq, kölə etmək, zorlamaq, ailəyə əsgər soxmaqla zorlamaq, cariyə etmək, ələ keçirilən düşmən malını, əmlakını, canını qənimət kimi halal saymaqla, alıb- satmaq, insan alveri üçün kölə bazarları yaratmaq kimi insanlığa, ləyaqətə, savaş qaydalarına sığışmayan vəhşiliklər, barbarlıq yoxdur. “Türk millətinin döyüşdə məğlub edib, məğlubiyyətini etiraf edən döyüşçülərin belə, mülkiyyət hüququnu tanıyıb ona əməl etməsi türk millətinin hüquq, humanizm, ədalət anlayışı və mədəni səviyyəsi indiyədək mövcud olmuş və mövcud olan bütün millətlərdən fərqini ortaya qoyur.” (f.d.Arif Rəhimli)
Xaqan titulu hamıdan bacarıqlı, birləşdirici olmaqla, bir növ Tenqrinin yerdəki real insan obrazı kimidir.
Yazdıqlarımın düzgünlüyünü bilmək üçün ərəbin Quranı ilə, türkün 33 bəndlik Törəsini oxumaq yetərlidir. Tarixdən bildiyimiz kimi, Bilgə Kağanın Törədəki 33-cü Tapşırmasını, VII əsrdə zəifləmiş Türk ulusunu yenən Ərəb İslam Orduları və Ərəb İslam Dini-Yumşaq Gücü pozmuşdur. Məntiqlə, özəl dünyəvi düzənimizi qaytarmaq, bilimə, dünyəviliyə, inkişafa, mədəniyyətə, başqa sözlə, özümüzə dönmək üçün hər cür dindən, o cümlədən Ərəb İslam Dinindən, onun geriçi düşüncəsindən, yaşam tərzindən imtina edilməli, bilimə-elmə sarılmalıdır.
Əziz oxucu indi seçim özünündür…
Məmməd Xan Əzizxanlı,
keçmiş prokuror, əmək veteranı