Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Torpaq sürüşməsinin baş verdiyi Oni bələdiyyəsində 210 nəfər helikopterlərlə təhlükəsiz bölgələrə təxliyə edilib.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Raça-Lexum-Kvemo Svaneti üzrə dövlət komissarı Papuna Marqvelidze jurnalistlərə açıqlamasında deyib. O, hazırda xilasetmə işlərinin davam etdirildiyini qeyd edib. Marqvelidze bildirib ki, bu saatadək xilasedicilər 6 nəfərin cəsədini aşkarlayıblar.
Qeyd edək ki, hazırda fəlakət zonasında olan 35 şəxslə əlaqə yaratmaq mümkün olmayıb. Onlar itkin düşmüş sayılır. Hadisə ilə əlaqədar Baş nazir İrakli Qaribaşvili təbii fəlakət zonasına yola düşüb.