Əsas məzmuna keç

TOVUZ RAYONU İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULDU

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında bildirilib.

Qeyd edilib ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…