Əsas məzmuna keç

Tovuzda 73 yaşlı kişi dəm qazından boğuldu- UCUZ ÖLÜM

Tovuzda qazdan zəhərlənmə faktı qeydə alınıb. Tezadlar.az xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib. Belə ki, kənd sakini 1953-cü il təvəllüdlü R.Hüseynov yaşadığı evin həyətində olan yardımçı tikilidə dəm qazından boğularaq ölüb. Onun meyiti müayinə olunmaq üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin rayon şöbəsinə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…