Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Avqust 2021 / 16:08

TOY KARVANLARıNDA MOTOSIKLETLə PULLU MüşAYIəT XIDMəTI TəKLIF ETDI, öZüNü Işə SALDı

Bakıda sosial şəbəkələrdə qanunsuz çağırışlar edən şəxs saxlanılıb.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, Bakı sakini, 1993-cü il təvəllüdlü Məmmədağa Quliyev sosial şəbəkədə toy karvanlarında motosikletlə pullu müşayiət xidməti barədə məlumat verib və çağırış edib: “Dərhal polis əməkdaşları araşdırma apararaq həmin şəxsi aşkarlayıb. Daha sonra Məmmədağa Quliyev saxlanılıb”. “Məmmədağa Quliyevə izah olundu ki, belə hərəkətlər “Yol hərəkəti haqqında” qanunun tələblərinin təhrif edilmiş formada təbliğatıdır. Yol-nəqliyyat hadisəsinin yaranmasına səbəb olan faktlardır. Belə hallar yolverilməzdir”, – V.Əsədov bildirib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən saxlanılan M.Quliyev etdiyi əməlindən peşman olduğunu bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!