12 Fevral 2026 / 16:09

“Toyota Bakı Mərkəzi”nin baş direktoru dəm qazının qurbanı oldu-FACİƏ

Ötən gün Bakı şəhər Sabunçu rayonu Nardaran qəsəbəsindəki bağ evində dəm qazından boğularaq ölən 64 yaşlı Rəşad Əliyev əvvəllər yüksək vəzifələrdə çalışıb. Tezadlar.az bildirir ki, o, “Toyota Bakı Mərkəzi”nin baş direktoru, “İSR Avto”nun direktoru, “İmprotex Motors”un baş meneceri, “IZIA Development” şirkətinin direktoru, eləcə də bir sıra iri şirkətlərin rəhbəri kimi çalışmış iş adamı Rəşad Əliyevdir.  

***

R.Əliyev 90-cı illərdə Dövlət Baş Xəzinədarlığının direktor müavini, Qiymətli Kağızlar və Bank Əlaqələri Departamentinin rəisi, Baş nazirin birinci müavininin köməkçisi və digər yüksək vəzifələri tutub. O, daha sonra bizneslə məşğul olmağa başlayıb. “Toyota Bakı Mərkəzi”nin baş direktoru, “İSR Avto”nun direktoru, “İmprotex Motors”un baş meneceri, eləcə də STP-də fəaliyyət göstərən bir sıra şirkətlərin rəhbəri olub. 2025-ci ilin noyabrından isə “IZIA Development” şirkətinin direktoru kimi çalışırmış. Rəşad Əliyevin atası Firudin Əliyev də tanınmış şəxs olub. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), Azərbaycan SSR Ali Sovetinin 9-10-cu çağırış deputatı olub. “Qırmızı əmək bayrağı” ordeni və SSRİ medalları ilə təltif edilmiş F.Əliyev 1983-cü ildə vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.

Xatırladaq ki, bağ evində Rəşad Əliyevlə birgə həyat yoldaşı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva da qazdan zəhərlənib. R.Əliyev hadisə yerində ölüb. D.Əliyeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Nəhayət, Rəşad Əliyev AFFA-nın keçmiş vitse-prezidenti, “Qara polkovnik” ləqəbli Fətulla Hüseynovun bacısı oğludur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!