Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın “Consumer Reports” jurnalı avtomobil markalarının etibarlılığı üzrə illik reytinqini dərc edib.
Tezadlar.az xarici mediaya istinadla bildirir ki, reytinqdə birinci yeri Toyota 66 bal etibarlılıq indeksi ilə tutub. İkinci pillədə Subaru (63 bal), üçüncü yerdə isə Lexus (60 bal) qərarlaşıb. İlk beşliyə həmçinin Honda (59) və BMW (58) daxil olub.
Siyahının aşağı hissəsində isə yeni platforma və texnologiyaları aktiv şəkildə tətbiq edən markalar yer alıb. Xüsusilə Jeep (28 bal), Ram (26 bal) və Rivian (24 bal) son sıralarda qərarlaşıb.