23 Aprel 2026 / 11:25

Toyu yasa döndərmə şakəri: ONLAR SAXLANILDI VƏ HƏBS EDİLDİ!

Toy karvanında qaydaları pozmaqla nə göstərirdilər? DİN-nin Mətbuat Xidməti bu suala cavab olaraq faktı da təqdim edib. Tezadlar.az xəbər verir ki, toyu yasa döndərmək istəyən sürücülər Cəmil Qurbanov və Yusif Yusifov Ağsu rayonunda toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına təhlükə yaradıblar. Onlar polis əməkdaşları tərəfindən saxlanılıblar. “Mercedes” və “Tofas” markalı avtomobillərlə təhlükəli manevrlər edən Cəmil Qurbanov və Yusif Yusifov hələ bir törətdikləri avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdə də paylaşıblar. Məhkəmənin qərarı ilə onların hər biri sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.
Bu da azdır! Ölüm olsaydı, onda necə? Niyə başqalarının toyunu yasa çevirmək istəyirlər? Məqsəd nədir???
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!