3 Aprel 2025 / 18:23

Toyuq dönərindən yüzlərlə şəxs zəhərlənib – vəziyyəti ağır olanlar da var

Türkiyənin Kocaeli vilayətində yerli iaşə obyektlərindən birində satılan toyuq dönərindən 300-dən çox insan zəhərlənib, onlardan ikisinin vəziyyəti ağırdır.

Tezadlar.az  xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, dönər alan sakinlər axşam saatlarında ürək bulanması və qusma şikayəti ilə kütləvi şəkildə xəstəxana və təcili tibbi yardıma müraciət ediblər. Zəhərləndikləri təsdiqlənən 300-dən çox zərərçəkən vilayətin dörd müxtəlif xəstəxanasına, o cümlədən Körfəz Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma başlanılıb, hüquq mühafizə orqanları toyuq dönərini satan iaşə obyektini istintaq yekunlaşana qədər bağlayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!