Ağ Evin rəhbəri Donald Trampın administrasiyası nasist Almaniyasının Adolf Hitler dövründə etdiyi kimi, öz məqsədlərinə çatmaq üçün reallığın öz versiyasını yaratmağa çalışır.
Tezadlar.az “Politico”ya istinadən xəbər verir ki, bu müqayisəni ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor edib.
“Tramp administrasiyası Adolf Hitlerin nasist partiyasının məqsədlərinə bənzər öz möhtəşəm məqsədlərinə nail olmaq üçün reallığın üstünlük verdiyi versiyanı yaratmağa çalışır. Üçüncü Reyxi hər hansı digər hərəkatla müqayisə etməyin niyə yanlış olduğunu çox yaxşı başa düşürəm, bu, bənzərsiz bir pislik idi. Lakin bu yeni yaranan şərin tarixindən öyrənmək üçün vacib dərslər var”, – o, iqlim dəyişikliyinə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.
Qor bildirib ki, ABŞ-ın Qurucu Ataları tərəfindən yazılan Konstitusiyası “amerikalıları Trampla eyni təhlükədən qorumaq üçün hazırlanıb”.
Martın 28-də amerikalı milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin rəhbəri İlon Mask Trampın Adolf Hitler və Benito Mussolini ilə müqayisəsini qadağan etməyi və bu cür bəyanatlara görə insanların məsuliyyətə cəlb edilməsini təklif edib.
E.ŞİRİNOV