Tramp “Amerikanın səsi” radiosu bağladır: 1300-dən çox əməkdaş çarəsiz durumda

Oxunma sayı: 16

Trampın gəlişi ABŞ- da bir sıra iddialı fərqlərlə özünü göstərməkdədir. Belə ki, “Amerikanın səsi” radiosunun 1300-dən çox əməkdaşı inzibati məzuniyyətə göndərilib və radiostansiyanın fəaliyyəti hazırda yoxdur. Tezadlar.az CNN- ə istinadla bildirir ki, bu barədə radiostansiyanın direktoru Maykl Abramovits açıqlama yayıb. “Açıq deyim ki,  “Amerikanın səsi”nin 83 ildə ilk dəfə susması məni çox kədərləndirib. Bu səhər öyrəndim ki, “Amerikanın səsi”nin faktiki olaraq bütün işçiləri – 1300-dən çox jurnalist, prodüser və yardımçı heyət inzibati məzuniyyətə buraxılıb. Elə mənim kimi”.

ABŞ prezidenti Donald Tramp martın 14-də Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb. Agentlik “Amerikanın səsi” radiostansiyasına nəzarət edib və maliyyələşdirib.

Radioda çalışan jurnalistlər isə hazırda alternativ maliyyə mənbələri ilə radionun fəaliyyətini bərpa etmək istəyirlər.

A.Məmmədli

Xəbəri paylaş

17 Aprel