Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp İranın hərbi imkanlarını əsasən ləğv etdiklərini iddia edərək deyib: “İndi yeganə sual budur: Biz gedib bunu bitirəcəyik, yoxsa onlar müqavilə imzalayacaqlar? Görək nə olacaq.”
Tezadlar.az xəbər verir ki, prezident Tramp bu sözləri Konnektikutda Sahil Mühafizəsi Akademiyasının Məzuniyyət Mərasimində İran məsələsinə toxunan çıxışı zamanı söyləyib.
ABŞ ordusunun Venesuela və İranda “mühüm işlər” gördüyünü və bu yaxınlarda “uğurlu addımlar” atdığını bildirən Tramp onların İranın hərbi imkanlarına ciddi ziyan vurduğunu iddia edib.
“İranın hər şeyi, donanması, hava qüvvələri, demək olar ki, hər şey yox oldu. İndi yeganə sual budur: Biz gedib bunu bitirəcəyik, yoxsa onlar müqavilə imzalayacaqlar? Görək nə olacaq”, – Tramp deyib.
ABŞ prezidenti Tramp məzun mərasiminə gedərkən hava limanında verdiyi son açıqlamada İsrailin baş naziri Binyamin Netanyahunun İrana hücumları nə qədər təxirə salacağı ilə bağlı deyib: “O (Netanyahu) mənim istədiyim hər şeyi edəcək”.
E.ŞİRİNOV