Böyük Britaniyanın Baş naziri Keir Starmer Şimal dənizindəki neft yataqlarını bağlamaqla faciəvi bir səhvə yol verdi.
Tezadlar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu “Sky News”-a verdiyi müsahibədə bildirib.
“Mən Starmeri bəyənirəm, amma düşünürəm ki, o, Şimal dənizindəki neft yataqlarını bağlamaqla faciəvi bir səhvə yol verib”, – deyə Amerika lideri vurğulayıb.
Bu baxımdan, Tramp diqqəti Britaniyadakı elektrik enerjisinin göydən düşən qiymətlərinə yönəldib. O, həmçinin Starmerin “immiqrasiya ilə bağlı faciəvi bir səhvə” yol verdiyini qeyd edib.
E.ŞİRİNOV







