Əsas məzmuna keç

Tramp Çini Kanadanı ələ keçirməkdə günahlandırır

ABŞ prezidenti Donald Tramp Çinin Kanadanı “uğurla və tamamilə ələ keçirdiyini” bildirib.

Tezadlar.az xəbər verir ki, o, bunu sosial media platforması Truth Social-da yazıb.

Ağ Ev rəhbəri Kanadanı “vaxtilə böyük ölkə” adlandırıb.

“Bunun baş verdiyini görmək çox kədərlidir. Ümid edirəm ki, xokkeyi rahat buraxarlar!”, – deyə Amerika lideri bildirib.

Daha əvvəl Tramp iddia etmişdi ki, Kanadanın Baş naziri Mark Karni ölkəsinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi köməyə baxmayaraq, ABŞ-a nankorluq edir. Lakin siyasətçinin sözlərinə görə, “Kanada ABŞ sayəsində mövcuddur”.

Tramp həmçinin Kanadanın Baş naziri Mark Karnini “qubernator” adlandırıb və ölkəni 100% ticarət tarifləri ilə hədələyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…