Tramp da USAİD-in kələkbazlığından danışdı

Oxunma sayı: 33

Ötən gün ABŞ prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətindəki genişmiqyaslı saxtakarlıq sxemlərindən danışıb.  Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib. “Çox gözəl səslənir – ABŞ Beynəlxalq İnkişaf Agentliyi. Möhtəşəm deyilmi? Ancaq bu tam bir fırıldaqdır”, – Ağ Ev rəhbəri qeyd edib.

Tramp daha Merilend ştatının federal dairə məhkəməsi tərəfindən çıxarılan hökmü tənqid edib və ona etiraz edəcəyinə söz verib. Hakim Trampın agentliyin işini məhdudlaşdırmaq və bəzi əməkdaşlarını işdən çıxarmaq qərarlarını qanunsuz hesab edib.

USAİD rəhbərliyi isə hələki qurumun barəsində indiyədək deyilən ittihamlara susmaqdadır…

Elçin

Xəbəri paylaş

22 Aprel