15 Avqust 2025 / 07:48

Tramp düşünür ki, Putin və Zelenski Ukrayna münaqişəsinin həllinə razılaşacaqlar

Nəhayət, ABŞ Prezidenti Donald Tramp əmin olduğunu bildirib ki, həm Rusiya lideri Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski münaqişənin həllinə razılaşacaqlar. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Sitat:  “Ola bilsin ki, ilk görüş yaxşı keçəcək, amma daha önəmlisi ikinci görüş olacaq. Biz prezident Putin, prezident Zelenski, mən və bəlkə də bir neçə Avropa liderinin iştirakı ilə görüş keçirəcəyik. Bəlkə də yox, hələ dəqiq deyil. Görək nə olacaq. Düşünürəm ki, prezident Putin sülhə imza atacaq. Hesab edirəm ki, prezident Zelenski də sülh imzalayacaq”.

Bütün hallarda, bu görüşdən çox şey asılıdır və dünyanı narahat edən bu müharibə ocağının söndürülməsi çox vacibdir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!