Əsas məzmuna keç

Tramp “Əla” dedi! Suriya Hörmüz boğazına alternativ olur?

ABŞ Prezidenti Donald Tramp “Suriyanın özünü Hörmüz boğazına alternativ kimi təqdim etdiyi” xəbərinə münasibət bildirərək “Bu, əladır” deyib.

Tezadlar.az xəbər verir ki, xəbəri sosial media hesabında paylaşan Tramp “Washington Post” (WP) qəzetinin yazdığı təhlil məqaləsinə istinad edib.

Tramp Suriya Prezidenti Əhməd Şaranın rəhbərlik etdiyi Dəməşq administrasiyasının özünü “enerji və mal daşınmasını təmin edən nisbətən sabit, quru dəhlizi və Hörmüz boğazına alternativ yol” kimi təqdim etdiyi xəbərinə istinadən “Bu, əladır” ifadəsini işlədib.

ABŞ və İsrailin İrana hücumları səbəbindən Hörmüz boğazında nəqliyyatın kəsilməsini Dəməşq üçün “xeyir-dua” kimi şərh edən hesabatda Suriyanın Yaxın Şərqin mərkəzinə çevrilməyi hədəflədiyi də qiymətləndirilib.

Məlumatda həmçinin İraq və Suriya arasında yenidənqurma işlərinə 18 iyulda başlanacağı elan edilən neft kəməri layihəsinə də toxunulub.

İraq və Suriya 18 iyulda Vaşinqtonda iki ölkə arasında xam neft kəmərinin yenidənqurulması və yenidən aktivləşdirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Mərasimdə çıxış edən ABŞ-ın Ankaradakı səfiri və Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak bildirib ki, neft kəməri ilə bağlı razılaşmalar Hörmüz boğazını enerji təchizatı baxımından “ikinci dərəcəli” mövqeyə endirəcək bir prosesin yolunu açacaq.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…