Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp İŞİD-in yüksək vəzifəli şəxslərindən biri olan Əbu Bilal əl-Minukinin ABŞ və Nigeriya silahlı qüvvələri tərəfindən keçirilən əməliyyatda öldürüldüyünü açıqlayıb.
Tezadlar.az xəbər verir ki, sosial media paylaşımında Tramp Əl-Minukini “İŞİD-in qlobal əməliyyatlarında ikinci nömrəli fiqur” adlandırıb.
“ƏMƏLİYYAT QÜSURSUZ APARILIB”
Tramp əməliyyatın onun əmri ilə həyata keçirildiyini və ABŞ və Nigeriya qüvvələrinin “çox mürəkkəb” əməliyyatı qüsursuz şəkildə həyata keçirdiyini bildirib.
Əməliyyatın İŞİD-in qlobal əməliyyat qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədəcəyini qeyd edən Tramp, təşkilatın Afrikadakı fəaliyyətinə də diqqət çəkib.
“O, AFRİKADA GİZLƏNƏ BİLƏCƏYİNİ DÜŞÜNÜRDÜ”
Tramp açıqlamasında Əl-Minukinin Afrikada gizlənə biləcəyini düşündüyünü, lakin ABŞ-ın bölgədə kəşfiyyat məlumatları verən mənbələrinin olduğunu söyləyib.
Əməliyyatın təfərrüatları ilə bağlı başqa rəsmi açıqlama verilməyib.
E.ŞİRİNOV