Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vaşinqton dinc yanaşı yaşamanın siyasi perspektivlərini razılaşdırmaq üçün fələstinlilərlə İsrail arasında dialoqa təşəbbüs göstərir.
Tezadlar.az xəbər verir ki, “The Guardian” qəzeti ABŞ prezidenti Donald Trampın Qəzza zolağında münaqişəyə son qoymaq üçün “hərtərəfli plan”ına istinadən yazır.
Sentyabrın 29-da Ağ Evdə ABŞ prezidenti ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında danışıqlar olub. Tərəflər Qəzza zolağındakı böhranı müzakirə edib və onun həlli planlarını təqdim ediblər.
Vaşinqtonun təqdim etdiyi sənəddə deyilir: “Birləşmiş Ştatlar dinc və firavan birgəyaşayış üçün siyasi perspektivləri razılaşdırmaq üçün İsrail və Fələstinlilər arasında dialoqa başlayacaq”.
Plana görə, Qəzza zolağında nəzarət və sabitlik yarandıqca, İsrail Müdafiə Qüvvələri (İMQ) demilitarizasiya ilə bağlı standartlara, mərhələlərə və vaxt qrafiklərinə uyğun olaraq qoşunlarını geri çəkəcək.
Tramp daha əvvəl bildirmişdi ki, HƏMAS və digər hərəkatlar Qəzzanın gələcək idarəçiliyində nə birbaşa, nə də dolayısı ilə heç bir rol oynamayacaq.
Prezident aydınlaşdırıb ki, onun planı “Sülh Şurası”nın yaradılmasını – özünün və digər üzv ölkələrin liderlərinin sədrlik edəcəyi beynəlxalq qurumun yaradılmasını nəzərdə tutur. O əlavə edib ki, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr də təşkilata daxil olacaq.
E.ŞİRİNOV