Əsas məzmuna keç

TRAMP HİLLARİ KLİNTONA 1 MİLYON DOLLAR TƏZMİNAT ÖDƏYƏCƏK

ABŞ-ın keçmiş prezidenti Donald Tramp keçmiş dövlət katibi Hillari Klintona və daha 30 nəfərə qarşı əsassız iddia qaldırdığına görə 1 milyon dollara yaxın təzminat ödəməlidir.

Tezadlar.az “The New York Times”-a istinadən xəbər verir ki, bu qərarı Florida məhkəməsi verib.

Nəşr xəbər verir ki, hakim Trampın ittihamlarını əsassız hesab edib. Tramp Klintonu 2016-cı il prezident seçkiləri zamanı onun reputasiyasına xələl gətirməkdə ittiham edib.

ABŞ-ın Dairə Hakimi Donald Middlebrooks bu işdə verdiyi qərarda Trampın iddiasını qeyri-adekvat adlandırıb və bildirib ki, bu, ümumiyyətlə, verilməməli idi.

“Onun hüquqi ifadə kimi qeyri-adekvatlığı (iddia. – red.) əvvəldən bəlli idi. Heç bir ağlabatan vəkil onu qaldırmazdı”, – hakim bildirib.

Bundan əlavə, hakimin fikrincə, Tramp tez-tez iddialardan siyasi və biznes rəqiblərinə qarşı silah kimi istifadə edib. Bununla, Middlebrooks-un fikrincə, Tramp məhkəmə sisteminin etibarını sarsıdıb.

Bundan əvvəl Bloomberg agentliyi Trampın keçmiş vəkili Rudi Culianinin Vaşinqtonda çağırış vərəqəsi aldığını bildirmişdi. Çağırış vərəqəsi 2022-ci il noyabrın əvvəlində verilib. Çağırış vərəqəsində Culianidən hansı məlumatın tələb olunduğu bildirilməyib və onun ifadəsinin statusu rəsmi olaraq açıqlanmayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…