6 Avqust 2025 / 18:47

Tramp Hindistana əlavə 25% rüsum tətbiq edir

Vaşinqton administrasiyası Hindistanın Rusiya neftini alması ilə əlaqədar ona əlavə 25% rüsum tətbiq edir; digər ölkələrə qarşı da oxşar tədbirlər görülə bilər.

Tezadlar.az xəbər verir ki, müvafiq sərəncamı ABŞ prezidenti Donald Tramp imzalayıb və Ağ Evin saytında dərc edilib.

Sərəncamda qeyd edilir ki, Amerika lideri “Rusiya Federasiyasından birbaşa və ya dolayı yolla neft idxal edən Hindistandan idxala əlavə advalor (malların dəyərinə mütənasib – RED.) rüsumlarının tətbiqini zəruri və məqsədəuyğun hesab edib”. Sənəddən belə çıxır ki, “qüvvədə olan qanunvericiliyə uyğun olaraq, Hindistandan ABŞ-ın gömrük ərazisinə gətirilən mallara 25% əlavə advalor rüsum tətbiq edilir”.

Sərəncama əsasən, Rusiya Federasiyasından neft idxal edən digər ölkələrə də oxşar rüsumlar tətbiq oluna bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!