“ABŞ administrasiyası Tehranın nüvə proqramı ilə bağlı İran hakimiyyəti ilə yüksək səviyyəli məsləhətləşmələr aparır…”. Tezadlar.az Reuters- ə istinadla xatırladır ki, ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində deyib. Sitat: “İran razılaşması çox yaxşı gedir. Biz İranla bağlı işlə ən yüksək səviyyədə məşğul oluruq. Düşünürəm ki, onlar müqavilə bağlamaq istəyirlər və biz də razılaşma istəyirik. Başqa bir razılaşma, daha pis bir razılaşma etmək istəyən insanlar var və bunun İranla bağlı baş verməsini istəmirəm. İranla bağlı vəziyyət çox yaxşı inkişaf edir. Bizim onlarla çoxlu danışıqlarımız olub. Düşünürəm ki, biz razılığa gələcəyik – başqa alternativdən sövdələşməyə üstünlük verərdim. Bu, bəşəriyyət üçün yaxşı olardı. Bu, çox sadə razılaşmadır, yəni onların nüvə silahı ola bilməz. Sadəcə bunu etməklə mən onlara bir ton pula qənaət edəcəm. Nüvə silahına sahib olmaq çox bahadır. Amma bu, həm də çox təhlükəlidir”.
Olsun! Amma təki Trampın İranla olan bu yüksək səviyyəli danışıqları Rusiya ilə olan danışıqlarına bənzəməsin. Sülh vasitəçiliyində təmənna güdülürsə, bu artıq başqa mövzudur.
A.Məmmədli