Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp iyunun 13-dən indiyədək görünməmiş zərbələr endirən İran və İsrail arasında tezliklə sülhün bərqərar olacağına əminliyini ifadə edib.
Tezadlar.az bildirir ki, TASS bu barədə onun Truth sosial şəbəkəsindəki mesajına istinadən xəbər verir.
Amerika liderinin sözlərinə görə, onlar hazırda “çoxlu telefon danışıqları və görüşlər keçirirlər”. Ağ Ev rəhbəri bu ölkələri sülh sazişi bağlamağa çağırıb.
Siyasətçi sülhün hansı şəraitdə bağlana biləcəyini, danışıqları konkret kimin apardığını və tərəflərin zərbələrin hansı müddət ərzində dayandıra biləcəyini açıqlamayıb. Əvvəllər o, Vaşinqtonun danışıqlar apardığı hər kəsin İsrailin hava hücumu nəticəsində məhv edilməsindən əsəbiləşib, lakin bu hərəkətləri pisləməkdən imtina edib.
Bundan əvvəl Tramp Pentaqonun İrana hücumla heç bir əlaqəsinin olmadığını bildirmişdi. O qeyd edib ki, Birləşmiş Ştatlar “İran və İsrail arasında asanlıqla saziş bağlaya və bu qanlı münaqişəyə son qoya bilər”. Tərəflər zərbə mübadiləsini davam etdiriblər və döyüşlərin dayandırılmasından söhbət gedə bilməz.
Öz növbəsində, İsrailin baş naziri Benyamin Netanyahu iddia edir ki, Tramp və Amerika xalqı İranın nüvə proqramını dayandırmaq üçün həyata keçirilən zərbələri dəstəkləyir.
E.ŞİRİNOV