Əsas məzmuna keç

Tramp İrana qarşı sərt “İqtisadi təcrid” sanksiyalarını işə saldı

Nəhayət, ABŞ İran hakimiyyətinin bütün gəlir mənbələrini bloklamaq məqsədilə yeni sanksiyalar tətbiq etməyə başlayıb. Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent bildirib. Onun sözlərinə görə, “İqtisadi təcrid” adlandırılan əməliyyat İranın İnqilab Keşikçiləri Korpusunu maliyyələşdirən gəlir kanallarını bağlamağı hədəfləyir.
Bessent həmçinin xəbərdarlıq edib ki, İrana maliyyə və ticarət əməliyyatlarında yardım edən üçüncü ölkələr də ABŞ sanksiyalarının hədəfinə çevrilə bilər.

Xatırlatma: Tramp bir müddət əvvəl İrana qarşı sərt addımlar atılacağını demişdi və Hörmüz boğazını ABŞ ərazisi adlandırmışdı.

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın