Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp danışıqların gedişatından məyus olduğuna görə İrana yeni zərbələr endirməyə meyllidir.
Tezadlar.az bildirir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat verib.
Mənbələrə görə, Amerika lideri cümə səhəri vitse-prezident J.D.Vens, Pentaqon katibi Pit Heqset, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Retkliff və administrasiyanın digər üzvləri ilə görüş keçirib və görüş zamanı ona “danışıqların vəziyyəti və uğursuzluqla nəticələnəcəyi təqdirdə müxtəlif ssenarilər barədə məlumat verilib”.
Portalın mənbəyi qeyd edib ki, Tramp son günlərdə “danışıqların gedişatından getdikcə daha çox məyus olur”. “Axios” mənbələrinə görə, çərşənbə axşamı İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı zamanı Tramp “diplomatiyaya daha bir şans verməyə” hazır olduğunu bildirib, lakin “cümə axşamı axşamına qədər zərbə endirməyə meylli olub”.
“Trampa yaxın bir mənbə bildirib ki, prezidentin son, “həlledici” böyük hərbi əməliyyatın mümkünlüyünü qeyd edib və bundan sonra o, qələbəni elan edib müharibəyə son qoya bilər”, – “Axios” xəbər verir.
Mənbələrinə görə, Tramp “danışıqlarda son anda irəliləyişin qarşısını alacaq əlavə zərbələr endirməyi ciddi şəkildə nəzərdən keçirir”.
ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıblar. 7 apreldə Tramp İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Tehranın məlumatına görə, müharibənin 40 günü ərzində ABŞ-İsrail zərbələrində 3375 iranlı həlak olub. 11 apreldə Tehran və Vaşinqton İslamabadda danışıqlar aparıblar, lakin tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli barədə razılığa gələ bilməyiblər. 21 apreldə Tramp İranla atəşkəsi uzatmaq niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqtonun atəşkəsi birtərəfli şəkildə uzatmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun hərəkət edəcək.
E.ŞİRİNOV