ABŞ prezidentinin Administrasiyası ölkə vətəndaşlarını Yaxın Şərqdəki vəziyyət fonunda dünyada artan anti-Amerika əhval-ruhiyyəsi fonunda ayıq-sayıq olmağa çağırıb. Tezadlar.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir. Sitat: “İsrail və İran arasında münaqişə Yaxın Şərqdə nəqliyyat sistemlərinin pozulması və vaxtaşırı hava məkanının bağlanması ilə nəticələnib. Xaricdə ABŞ vətəndaşlarına və maraqlarına qarşı nümayişlər üçün potensial var. Dövlət Departamenti bütün dünyada ABŞ vətəndaşlarına daha yüksək sayıqlıq nümayiş etdirməyi tövsiyə edir”.
Bu xəbərdarlıq da səbəbsiz deyil. İranın siyasi hakimiyyəti, xüsusən də Ali dini lider Xamenei ABŞ- ı qisas əməliyyatı ilə hədələyib.







