Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tramp bir daha dedi: “İranla müharibə uzun sürməyəcək”. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Vitse-prezident Ceyms Devid Venslə birlikdə keçirilən prezident sərəncamının imzalanma mərasimində jurnalistlərin suallarını cavablandırarkən səsləndirib. Sitat: “Düşünmürəm ki, bu bir həftəyə bitəcək, amma tezliklə başa çatacaq. O zaman dünya daha təhlükəsiz bir yer olacaq”, – qeyd edib.
ABŞ Prezidenti bildirib ki, Vaşinqton İranın hərbi imkanlarını böyük ölçüdə məhv edib: “Əks halda vəziyyət daha təhlükəli mərhələyə keçə bilərdi. Əgər bu addımlar atılmasaydı, proses nüvə müharibəsinə, hətta üçüncü dünya müharibəsinə çevrilə bilərdi”. Tramp çıxışında qlobal enerji təchizatı baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafında yaranmış böhrana da toxunub. O, boğazdan enerji daşıyan ölkələri ABŞ-yə hərbi dəstək göstərməyə çağırıb.
ABŞ Prezidenti xüsusilə enerji ehtiyaclarının böyük hissəsini bu marşrut vasitəsilə təmin edən ölkələrin boğazın açıq qalması üçün məsuliyyət daşıdıqlarını vurğulayıb. Tramp qeyd edib ki, Çin, Yaponiya və Cənubi Koreya kimi ölkələr enerji ehtiyaclarının böyük hissəsini bu boğaz vasitəsilə ödəyir. “Onlar yalnız bizə təşəkkür etməməli, həm də bizə kömək etməlidirlər. Məni təəccübləndirən odur ki, bunu etmək istəmirlər. Bununla belə, bizi dəstəkləyən bəzi ölkələr var və mən tezliklə onların adlarını açıqlayacağam”, – deyə o bildirib.
Müharibə isə davam edir.