Külli aləm bilir ki, ABŞ İranın təslim olmasını istəyir… Lakin bu qəbuledilməzdir! Tezadlar.az xəbər verir ki, İranın Prezidenti Məsud Pezeşkian “X” hesabında bu barədə yazıb. Prezident öhdəliklərin yerinə yetirilməsinin dialoqun əsası olduğunu bildirib. İran Prezidenti qeyd edib ki, ABŞ-ın hərəkətlərinə etimadsızlıq davam edir. Sitat: “Son günlərdə ABŞ rəsmilərinin qeyri-konstruktiv və ziddiyyətli yanaşması acı bir mesajın daşıyıcısıdır – onlar İranın təslim olmasını istəyirlər. İran xalqı isə zor dilinə təslim olmur”.
Xatırladırıq ki, Tramp nə yolla olur- olsun İranda rejimin dəyişdirilməsində və İran hakimiyyətinin ABŞ- a təslim olunmasında israrlıdır…
A.Məmmədli







