30 May 2026 / 09:07

Tramp İrandan tələblərini açıqladı: son qərarını bu tarixdə verəcək!

Nəhayət, ABŞ prezidenti Donald Tramp İrandan tələblərini açıqlayıb. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, o bu barədə “Truth Social” hesabında yazıb. Tramp ilkin şərt kimi, İranın heç vaxt nüvə silahına sahib olmamaqla razılaşması önə sürülüb.

Bundan başqa, Hörmüz boğazının hər iki istiqamətdə, rüsum tətbiq olunmadan bütün gəmilər üçün açılması, eləcə də dəniz minalarının təmizlənməsi qeyd olunub. Sitat: “Növbəti xəbərdarlığa qədər heç bir pul mübadiləsi olmayacaq. Daha az əhəmiyyətə malik digər məsələlər üzrə razılığa gəlinib. İndi mən son qərarı vermək üçün iclas otağında olacağam”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!