ABŞ prezidenti Donald Tramp İranı “çox gec olmadan” nüvə sazişinə razılıq verməyə çağırıb.
Tezadlar.az bildirir ki, TASS onun sözlərinə istinadən xəbər verir.
“İran heç bir şey qalmadan və vaxtilə İran İmperiyası kimi tanınan ərazini xilas etməzdən əvvəl razılığa gəlməlidir. Artıq ölüm, dağıntı yox, bunu çox gec olmadan edin”, – Tramp yazıb.
Onun sözlərinə görə, İsrailin növbəti planlaşdırdığı hücumları daha qəddar və dağıdıcı olacaq.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin hücumlarına görə ABŞ hökumətini ittiham edib. Əraqçi deyib ki, İsrail İrana zərbə endirmək üçün ABŞ-dan “yaşıl işıq” alıb. Vaşinqton hücumları koordinasiya etməsəydi, onlar baş verməzdi, – deyə o davam edib.
E.ŞİRİNOV