Tramp Zelenski ilə qalmaqalların üstündən İranı hədələdi. “Dünya siyasətində növbəti əsas məsələ İranın nüvə proqramı ətrafında yaranacaq vəziyyət olacaq”,- deyən, ABŞ Prezidenti Donald Tramp jurnalistlərə müsahibəsində belə bildirib. Tramp deyib ki, böyük bir şey olacaq və bu, dünya tarixində maraqlı bir dövr hesab olunacaq: “Növbəti danışacağınız məsələ İrandır və onu nələr gözləyir. Maraqlı günlər qarşıdadır, sizə deyə biləcəyim tək şey budur”. Trampın fikrincə, maraqlı vaxt gəlib çatıb: “Nə olacağını görəcəyik. Son toxunuşları edirik. Onların nüvə silahı əldə etməsinə icazə verə bilmərik. Çox tezliklə nə isə baş verəcək. Ümid edək ki, biz sülh razılaşmasına nail ola bilərik”.
İranın dini və siyasi rəhbərliyi isə həıəki Trampın bu sözlərinə cavab verməyib.
Elbar

