Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp İrana qarşı başlatdıqları müharibə ilə bağlı deyib: “Biz İrandan vaxtından əvvəl ayrılmayacağıq və problemin yenidən ortaya çıxmasına imkan verməyəcəyik”.
Tezadlar.az xəbər verir ki, Florida ştatının Villages bölgəsində seçicilər qarşısında çıxış edən Tramp bəzən İranla bağlı açıqlamalar verirdi.
Ona qarşı üçüncü sui-qəsd cəhdindən bəri ilk dəfə ictimaiyyət qarşısına çıxan Tramp deyib: “Biz İranı erkən tərk etməyəcəyik və problemin yenidən ortaya çıxmasına imkan verməyəcəyik”.
“İranlılar bizə lazım olan razılaşma ilə gəlmirlər. Biz bunu düzgün şəkildə həll edəcəyik”, – Tramp bildirib.
İranı idarə edənlərin “çox pis insanlar” olduğunu iddia edən prezident Tramp Tehran rejiminin “iki həftəlik müddətdə 42.000 etirazçını öldürdüyünü” iddia edib.
Tramp vurğulayıb ki, İranın keçidləri bağlaması səbəbindən Hörmüz boğazında “təxminən 400 gəmi” qalıb.
İranın donanması haqqında danışan Tramp iki həftə ərzində bu ölkənin 159 gəmisinin batdığını söyləyib.
Tramp həmçinin vurğulayıb ki, onlar NATO-ya “trilyonlarla dollar” xərcləyiblər, lakin ABŞ Körfəzdəki döyüşdə NATO-dan heç bir yardım almayıb.
E.ŞİRİNOV